“Hər şey bitdi” – Karvahal
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Ayaks”a 1:4 hesabı ilə məğlub olan “Real”ın futbolçusu Dani Karvahal, matçdan sonra açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, məğlubiyyətə heç bir bəhanələrinin olmadığını deyib:
“Hər şey bitdi. Bundan daha pis hiss etdiyim vəziyyət olmamışdı. Bunu izah edə bilmirəm. Son bir həftədə hər şeyi bitdi. Heç bir bəhanəmiz yoxdur, bizdən daha yaxşı oynadılar və mərhələni keçməyə layiq idilər.
Asan deyil, öz meydanımızdakı son iki oyunun hər ikisində “Barselona”ya məğlub olduq. Bu oyuna köklənmişdik, qalib gəlmək istəyirdik. Oyunda iki səhv etdik, hesab 0:2 oldu. Rəqibin vurduğu üçüncü qol bizi öldürdü”.
İspan futbolçu cari mövsümün onlar üçün bitdiyini bildirib:
“Hazırda gənc heyətimiz var. Gələcəkdə daha yaxşı olacaqlar. Artıq dəqiqdir ki, bu mövsüm bizim üçün bitdi. La Liqada əlimizdən gəldiyi qədər mübarizə aparacağıq. Peşəkar davranmalı və mübarizəyə davam etməliyik”.
Bizi Facebook-da izləyin