Runi Salahı tənqid etdi

Sabiq futbolçu Ueyn Runi “Liverpul”un hücumçusu Məhəmməd Salahı tənqid edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Son bir həftə ərzində mən onun iş etikasını şübhə altına almağa başladım. Onun həmişə müdafiədə çox çalışdığını bilirik. Amma “Çelsi”yə qarşı oyunda müdafiə xətti sözün əsl mənasında parçalandı və Salah sadəcə baxdı. O, geriyə qayıtmadı, kömək etmədi”.

“Liverpul” son üç matçda “Kristal Pelas” (1:2), “Qalatasaray” (0:1) və “Çelsi”yə (1:2) məğlub olub. “Qırmızılar”ın növbəti oyunu 19 oktyabrda, Premyer Liqada “Mançester Yunayted”ə qarşı olacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button