Son 70 ilin rekorduna şərik oldu – Ronaldo

“Yuventus”un hücumçusu Kristiano Ronaldo İtaliya A Seriyasının ən yaxşı bombardirləri siyahısında birinci yerə çıxıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu İtaliya çempionatının 13-cü turu çərçivəsində qarşılaşdıqları “Parma” ilə oyunda (4:0) dubla imza atmaqla qollarının sayını 11-ə çatdırıb.

Portuqaliya yığmasının da üzvü olan futbolçu qolların sayına görə “Milan”ın isveçli oyunçusu Zlatan İbrahimoviçi və “İnter”in belçikalı futbolçusu Romelu Lukakunu ötüb.

Ronaldo həm də 2020-ci ildə A Seriyasında vurduğu qolların sayını 33-ə çatdırıb. Bu, A Seriyası tarixində 3-cü nəticəyə, son 70 ildə isə rekorda şərik olmaq üçün kifayət edib. Belə ki, Ronaldo 1961-ci ildə “Yuventus”da 33 top vuran Omar Sivorinin nəticəsini təkrarlayıb. Yalnız iki futbolçu bir təqvim ilində daha çox fərqlənib. Feliçe Borello (“Yuventus”) 1933-cü ildə 41, Gunnar Nordal (“Milan”) 1950-ci ildə 36 qola sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button