“Son 5 dəqiqədə oyunçularım meydanda nə etdiklərini bilmirdilər”

“Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim”.

Komanda.az xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko “Sumqayıt”a qarşı Azərbaycan Basketbol Liqasının 6-cı turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

“35 dəqiqə ərzində əla oyun göstərdik. Hücumda yüksək temp saxlayıb, yaxşı müdafiə olunurduq. Ancaq son 5 dəqiqədə zəif çıxış etdik. Həmin vaxt oyunçularım meydanda nə etdiklərini bilmirdilər. Bütün bunlara baxmayaraq, komandamı təbrik edirəm”.

“Ordu” – “Sumqayıt” qarşılaşması birincilərin 115:81 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button