Son 20 ilin ən yaxşı hücumçusu seçildi
Liqa 1-in rəsmi saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib.
Komanda.az xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba 1-ci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib.
Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.
Qeyd edək ki, Droqba Fransada “Le-Man”, “Genqam” və Marsel “Olimpik”ində oynayıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin