“Biz artıq eyni “Çelsi” deyilik” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino azarkeşlərin və medianın komandaya olan təzyiqini şərh edib.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, o, bunları deyib:

“Son 20 ilin “Çelsi”si olduğumuzu düşünməyi dayandırmalıyıq, çünki biz artıq eyni “Çelsi” deyilik. İndi hamımız irəli getməliyik. Biz yeni layihə yaratmalıyıq, tarazlıq tapmaq, sabit olmaq, təkcə bu gün və ya sabah yaxşı oynamaqla kifayətlənmək imkanı verməliyik”.

Fevralın 7-də “Çelsi” İngiltərə kubokunda “Aston Villa”ya qalib gəlib (3:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button