Son 18 ilin ən zəif lideri

İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış matçda üz-üzə gələn “Barselona” ilə “Real” qolsuz bərabərliyə razılaşıb.

Komanda.az xəbər verir ki, bu heç-heçədən sonra hər iki komandanın aktivində 36 xal var.

17 turdan sonra “Barselona” əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edir. Bununla Kataloniya təmsilçisi son 18 ilin ən zəif lideri olub. Buna qədər “Real” 2001-02 mövsümündə 17 turdan sonra 31 xalla zirvədə qərarlaşmağı bacarıb.

Həmin vaxt “kral klubu” “Valensiya” və “Deportivo”nun ardından mövsümü 3-cü pillədə tamamlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button