Son 12 ildə ilk dəfə
“Şamaxı” cari mövsümdə keçirdiyi ardıcıl 10-cu oyunda da qapısında qol görüb.
Komanda.az xəbər verir ki, bölgə təmsilçisi çempionatın startından bütün görüşlərdə rəqib topuna üzülən yeganə komandadır.
Bu, ölkə çempionatlarında son 12 ildə ilk belə seriyadır. Startda ardıcıl 10 oyunda qol buraxan sonuncu komandalar 2010/11 mövsümünə təsadüf edib. Həmin vaxt həm “Bakı”, həm “Turan” ilk 10 turun matçlarının heç birində qapısını toxunulmaz saxlaya bilməyib.
Qeyd edək ki, “Şamaxı” öz meydanında “Qəbələ” ilə heç-heçə edib – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin