Son ərəblərin təkliflərini niyə rədd etdiyini açıqladı

“Tottenhem”in hücumçusu Son Hın Min Səudiyyə Ərəbistanı klublarının təkliflərini niyə rədd etdiyini açıqlayıb.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu Səudiyyə Ərəbistanına getməməsinin səbəblərini dilə gətirib:

“Yəqin ki, ora getmək istəsəydim, burada yox, orada olardım. Mən futbol oynamağı sevirəm, amma təbii ki, pul da vacib amildir. Arzum Premyer Liqada oynamaqdır və xüsusən də, ötən mövsüm kimi məyusedici mövsümdən sonra hələ çox işim var. Bu, hamının bildiyi Son deyildi.

Yeni mövsümdə hələ də yaxşı vəziyyətdə olduğumu göstərmək istəyirəm. Aydındır ki, indi bir çox insan Səudiyyə Ərəbistanına gedir və bu, çox cəlbedici ola bilər. Amma mən Premyer Liqada qalmaq istəyirəm, ona görə də, yeni mövsümü səbirsizliklə gözləyirəm”.

Son Hın Min ötən mövsüm keçirdiyi 36 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button