Sommer: “Karyeramda yeni çağırışı qəbul etdim”

“Bayern”dən “İnter”ə keçən qapıçı Yan Sommer İtaliya klubuna keçidini şərh edib.

Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, o, Milan klubunda şad olduğunu söyləyib:

“Motivasiyalıyam, çünki “İnter” tarixi ənənələri olan populyar klubdur. Karyeramda yeni çağırışı qəbul etdim. Burada olmaqdan şadam. “İnter”in stadionunda oyuna çıxmağı və buradakı ab-havanı hiss etməyi səbirsizliklə gözləyirəm”.

Sommer yeni klubu ilə 3 illik müqavilə imzalanıb. “Neradzurra” bu keçid üçün almanlara 6 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button