Soltanova üçün DÇ-də bürünc medal şansı
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən yeniyetmə qızlar mübarizə aparır.
Zenfira Həşimovanın debüt görüşü gərgin mübarizə şəraitində keçib. Hindistan nümayəndəsi sonuncu xal prinsipinə əsasən qalib elan olunub.
Nərgiz Səmədova təsnifat mərhələsində ukraynalı güləşçiyə məğlub olub.
Birgül Soltanova mundiala inamlı start verib. Avropa çempionatının bürünc medalçısı ilk görüşündə ukraynalı rəqibini elə ilk hissədə üstələyib. 1/4 finalda Belarusdan olan güləşçiylə qarşılaşma isə dramatik alınıb. Son saniyələrədək əzmkar mübarizə sərgiləyən həmyerlimiz qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ güləşçisinə məğlub olan Soltanova avqustun 1-də bürünc medal uğrunda güləşəcək.
Nigar Mirzəzadə ilk mərhələdə Qırğızıstan təmsilçisinə qalib gəlib. Ancaq 1/8 finalda Ukrayna idmançısı ilə qarşılaşmada son saniyələrdə üstünlüyü əldən verərək uduzub.
43 kq
Təsnifat – Zenfira Həşimova – Madhuri Patel (İND) 4:4*
49 kq
Təsnifat – Nərgiz Səmədova – Amina Ponomarova (UKR) 4:8
57 kq
1/8 final – Birgül Soltanova – Veronika Draqas (CRO) 10:0
1/4 final – Birgül Soltanova – Arina Martinava (BLR) *4:4
1/2 final – Birgül Soltanova – Skilar Qreys Hattendorf (USA) 1:6
Bürünc medal görüşü – Birgül Soltanova – Marya Plaser (EST) / Alina Kasabieva (RUS)
65 kq
Təsnifat – Nigar Mirzəzadə – Dilnaz Sazanova (KGZ) 3:1
1/8 final – Nigar Mirzəzadə – Yevgeniya Siedix (UKR) 2:4
Bizi Facebook-da izləyin