
“Real”ın müvəqqəti baş məşqçisi o olacaq – Ançelotti qovulsa
“Real”ın futbol direktoru Santyaqo Solari Karlo Ançelotti baş məşqçi postundan qovulacağı təqdirdə, onun əvəzləyicisi ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Klublararası dünya çempionatı ərəfəsində baş verə bilər. Klub eyni zamanda, iki variantı nəzərdən keçirir: ya Ançelottinin əvəzedicisini tapana qədər Solari müvəqqəti bu posta təyin edilsin, ya da heç təyin edilməsin.
Solari artıq müvəqqəti baş məşqçi kimi təcrübəyə malikdir. O, 2018-ci ildə Xulen Lopeteqi istefaya göndərildikdən sonra baş məşqçi vəzifəsini icra edib.
“Real” 31 turdan sonra La Liqanın turnir cədvəlində 66 xalla ikincidir. Komanda finalda “Barselona” ilə qarşılaşacağı İspaniya kuboku uğrunda da mübarizəsini davam etdirir.
Bizi Facebook-da izləyin