Şok etiraf: Anasının dostu tərəfindən cinsi təcavüzə məruz qalıb
“Everton”un yarımmüdafiəçisi Dele Alli uşaqlıqda anasının dostu tərəfindən cinsi təcavüzə məruz qalması və digər çətinliklər barədə danışıb.
Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, uşaqlıqda siqaret çəkməsi, narkotik işiylə məşğul olması barədə də açıqlama verib:
“Düzünü desəm, uşaqlığım çox danışmadığım bir şeydir. Demək istədiyim odur ki, həqiqəti müəyyən qədər üzə çıxaracaq bir neçə hadisə olub. Altı yaşımda anamın tez-tez evimizə qonaq gələn dostu məni “sıxışdırırdı”. Anam içki aludəçisi idi. Məni Afrikaya – nizam-intizam öyrənmək üçün göndərdilər, sonra qayıtdım. Yeddi yaşımda siqaret çəkməyə, səkkiz yaşımda isə narkotiklə məşğul olmağa başladım.
Bir yaşlı kişi mənə dedi ki, velosiped sürən uşaq yoxlanılmayacaq, mən də ona mindim və səkkiz yaşımda narkotiki futbol topunda gizlətdim”.
Bizi Facebook-da izləyin