“Soçi”nin prezidenti “Keşlə” üzərindəki qələbədən danışdı

Rusiyanın “Soçi” klubunun prezidenti Boris Rotenberq Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Keşlə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, “Matç TV”yə açıqlamasında bunları söyləyib:

“Dünənki qələbəyə görə çox xoşbəxtəm. Bütün azarkeşlərimizi təbrik edirəm. Komandamız düzgün yoldadır: Hər şey irəlidədir. Qarşıda bizi daha çox görüş gözləyir”.

Qeyd edək ki, “Keşlə” ilə ev oyunu “Soçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı iyulun 29-da Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button