SOCAR “Qalatasaray”ın sponsoru olur

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” klubunun sponsoru ola bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.

İddiaya görə, “Qalatasaray”ın avrokubok oyunlarında “sarı-qırmızılar”ın formasının ön hissəsində məhz bu şirkətin adı yazılacaq.

Tərəflər arasında 4 illik müqavilənin imzalanacağı gözlənilir. “Qalatasaray” bu anlaşmadan ilə 5 milyon avro gəlir əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button