SOCAR-a görə oyunu yayımlamadılar – Ermənistanda
Ermənistan telekanalları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan) matçını canlı yayımlamaqdan imtina edib.
Komanda.az xəbər verir ki, buna səbəb “Saburtalo”ya SOCAR-ın həm titul, həm də forma sponsorluğu etməsi olub. Ermənistan telekanalları SOCAR-ın abreviaturası və loqotipini göstərməmək üçün belə bir addım atıblar. Bu səbəbdən oyun “youtube”da yayımlanıb (Azvision).
İrəvanın Respublika stadionunda baş tutan görüşdə “Saburtalo” 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin