“Promes məni tez-tez bezdirirdi” – Sneyder
Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder Moskva “Spartak”ının oyunçusu Kvinsi Promes və “Atrletiko”da forma geyinən Memfis Depay haqda danışıb.
Komanda.az “Veronika Offside”-a istinadən xəbər verir ki, Sneyder millinin toplanışı zamanı Promes və Depayın onu tez-tez bezdirdiyini söyləyib:
“Təsdiq edə bilərəm ki, Promes məni tez-tez bezdirirdi. Həmin vaxt Kvinsi və Memfis Depay musiqi ifa edirdilər. Və onlar bunu bizim məşqlərimizin arasında edirdilər. Biz kart oynayanda onlar yüksək səslə mahnı oxuyurdular.
Vacib matçdan bir gün əvvəl onların otağından bərk səs gəlirdi. Getdim görüm necədirlər. İçəri girdim və gördüm ki, onlar mahnı yazıb səhərisi gün ortaya çıxarmaq istəyirdilər. Həmin an onlara dedim: “Uşaqlar, sabah bizim vacib matçımız var. İndi bunu etməyə ehtiyac yoxdur”. Məni dinlədilər. Memfis təlaşla getdi, lakin ertəsi gün gəlib dedi: “Ues, sən tamamilə haqlı idin”.
Promes fevralın 29-da Dubay hava limanında BƏƏ sərhəd xidməti tərəfindən saxlanılıb və sonra polis bölməsinə göndərilib. Hazırda bu həbsin hansı səbəbdən baş verdiyi barədə rəsmi məlumat yoxdur. Mətbuatda futbolçunun BƏƏ-də qış təlim-məşq toplanışı zamanı baş verən qəzaya görə saxlanılması, bundan sonra qəza yerindən qaçması ilə bağlı məlumatlar yayılıb.
Promes Niderlandda külli miqdarda narkotik qaçaqmalçılığında təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, əvvəllər əmisi oğluna silahlı hücum etdiyinə görə 18 ay həbs cəzası alıb.
Bizi Facebook-da izləyin