Sneyder məşqçi olmaq istəyir

Niderland millisinin sabiq üzvü Uesli Sneyder məşqçilik karyerasına başlaya bilər.

Komanda.az “Voetbal İnternational”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu məşqçilik kursları almadığını bildirib:

“Mənim indi 40 yaşım var, hələ qarşıda çox vaxt olacaq. Mən hələ məşqçilik kursları almamışam, bunlar planlarımdır. Həqiqətən, cəhd etmək istəyirəm. Amma indi təhsilimə qoşulmağıma mane olan şəxsi narahatlığım var”.

Sneyder 2019-cu ilin yayında futbolçu karyerasını bitirdiyini açıqlamışdı. O, peşəkar karyerası ərzində “Real”, “İnter” “Qalatasaray” və digər klublarda çıxış edib.

Niderland millisində 134 oyun rəsmi oyun keçirən yarımmüdafiəçi 30 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button