Keçmiş dünya çempionu klubsuz qaldı
Sloveniyanın “Maribor” klubu baş məşqçisi Mauro Kamoranezi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kamoranezi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kamoranezi ötən ilin sentyabrından “Maribor”u çalışdırırdı. Komanda Sloveniya çempionatında 40 xalla 2-ci sıradadır.
Kamoranezi futbolçu kimi İtaliya milli komandasıyla DÇ-2006-nın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin