“Atalanta”dan ayrılmaq istəyir – “Milan” maraqlanır
Sloveniyalı futbolçu Yosip İliçiç “Atalanta”dan ayrılmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini yerli mətbuata açıqlamasında deyib. O, İliçinin ayrılmaq istədiyini və özünə yeni klub axtardığını deyib.
İliçiçin “Atalanta” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. 33 yaşlı yarımmüdafiəçi ilə “Milan” yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin