
Sloveniya kubokunun qalibi bəlli oldu
Futbol üzrə Sloveniya kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, final qarşılaşmasında “Nafta” ilə “Mura” klubları üz-üzə gəlib.
İki cavabsız qolla qalib gələn “Mura” Sloveniya kubokunu başı üzərinə qaldırıb – 2:0.
Qeyd edək ki, sözügedən komanda tarixində ikinci dəfə ölkə kubokunun qalibi adını qazanıb. “Mura”nın ilk belə uğura 1994/95 mövsümündə imza atmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin