![](https://komanda.az/wp-content/uploads/2024/06/d153054a-e8b8-3222-82fc-b75975461c11_850-780x470.jpg)
Sloveniya – Danimarka matçının ən yaxşısı bilindi
Avropa çempionatının qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutan Sloveniya – Danimarka matçının ən yaxşısı Kristian Eriksen olub.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün ilk qolunun müəllifi ən yaxşı oyunçu adına layiq görülüb.
C qrupunda keçirilən Sloveniya – Danimarka matçı 1:1 hesabı ilə yekunlaşıb. Əvvəlcə matçın 17-ci dəqiqəsində Eriksen Danimarka millisini hesabda önə çıxarıb. Matçın 77-ci dəqiqəsində isə Erik Yanja bərabərlik qolunu vuraraq Sloveniya komandasını məğlubiyyətdən xilas edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin