Slovakiyalı futbolçu PSJ-ni tərk etməyəcək
Milan Skriniar PSJ-də çıxışını davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun slovakiyalı futbolçunu satmaq niyyəti ilə bağlı söhbətlər gedir. Onun Luis Enrikenin oyun tərzinə o qədər də uyğun gəlmədiyi güman edilir.
29 yaşlı futbolçu cari transfer pəncərəsində PSJ-dən ayrılmayacaq. Fransızlar mərkəz müdafiəçisi üçün heç bir təklif almayıb. “İnter”in keçmiş futbolçusu özü də Parisdə qalmaq istəyir.
Skriniar son mövsümdə PSJ-nin heyətində 32 oyun keçirib və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin