Slovakiyalı futbolçu Azərbaycan millisini “xoşagəlməz rəqib” adlandırdı

Futbol üzrə Slovakiya yığmasının yarımmüdafiəçisi Laslo Beneş UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan və Belarus milli komandalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi hər iki görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

“Bizi xoşagəlməz rəqiblər gözləyir. Amma hər iki oyundan qalib ayrılmaq istəyirik. Bunun öhdəsindən gəlmək üçün yaxşı hazırlaşmalıyıq. Bizim yüksək səviyyəli oyunçularımız var. Hansı nəticələrin qeydə alınacağını birlikdə görəcəyik”.

Slovakiya seçməsi sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus yığmasını qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button