Slovakiya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Françesko Kalzona C liqasının 1-ci qrupu çərçivəsində oynanılacaq matçlara 27 futbolçu dəvət edib.
Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrix Ravas;
Müdafiəçilər: Peter Pekarík, Mixal Tomiç, Norbert Gyömber, Denis Vavro, Lubomír Şatka, Milan Skrinyar, Adam Obert, David Hancko, Samuel Kozlovski;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorni, Juraj Kuçka, Ondrej Duda, Laszlo Benes, Tomaş Rigo, Matuş Bero;
Hücumçular: Lukaş Haraslin, David Duriş, Leo Sauer, Lubomr Tupta, İvan Şranz, Tomáş Suslov, David Strelek, Robert Bozenik.
Slovakiya millisinin Estoniya ilə görüşü sentyabrın 5-də olacaq. Slovakiya – Azərbaycan qarşılaşması isə sentyabrın 8-də Koşitse Futbol Arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin