Slovakiya yığması Azərbaycanla oyuna ciddi itkilərlə çıxacaq

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının üç əsas futbolçusu cəzalı duruma düşüb.

Komanda.az xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ladislav Almasi və Yuray Kuçka iki oyunda sarı vərəqə aldıqlarına, Andrey Duda isə Qazaxıstanla son matçda qırmızı vərəqə ilə cəzalandırldığına görə qarşıdakı görüşdə iştirak etməyəcəklər.

Xatırladaq ki, Slovakiya – Azərbaycan oyunu sentyabrın 22-də baş tutacaq. Trnava şəhərindəki Antona Malatinski stadionunda keçiriləcək bu matça Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button