Slovakiya – Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşdi
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Slovakiya – Ukrayna matçının (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalıların heyətində Nikolay Şaparenko qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
25 yaşlı futbolçu qarşılaşmada komandasının bərabərlik qoluna imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin