“Azərbaycanlı futbolçuların yaxşı keyfiyyətləri var” – Lobotka
Slovakiya millisinin üzvü Stanislav Lobotka AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fkirlərini bildirib.
Komanda.az “sport.sk” saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi, 2:0 hesabıyla bitən görüşü belə şərh edib:
“Hər qələbə bizim üçün gözəldir. Ancaq təəssüf ki, ikinci görüşün nəticəsinə təsir edə bilmədik. Pley-off vasitəsilə AÇ-2020-yə yollanacağımıza inanıram.
Uelsin qələbə qazandığını matçdan sonra öyrəndik. Azərbaycanla oyunun gedişində Uelsin qələbə qazanmaq üzrə olduğunu düşünürdüm. Çünki heç-heçə olsaydı, azarkeşlərimiz daha xoşbəxt olardı.
Azərbaycanla matçın ilk hissəsində biz yaxşı idik. İkinci hissədə Azərbaycan millisi daha çox topla oynamağa başladı. Buna baxmayaraq, sonda biz qalib olduq.
Oyunda əsas olan topu itirməmək idi. İkinci hissədə top itkiləri etdik. Oyun bizim üçün çətin oldu. Azərbaycanlı futbolçuların yaxşı keyfiyyətləri var. Onlar səfərdə Xorvatiya, Macarıstana, Uelsə çətinlik yaratmışdılar. Onlara hörmət etməliyik”.
Bizi Facebook-da izləyin