“Sanki başqa oyunda qələbə qazanmışıq” – Slovakiyalı futbolçu
Slovakiya millisinin üzvü Milan Skriniar AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fkirlərini bildirib.
Komanda.az “sport.sk” saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi, 2:0 hesabıyla bitən görüşü belə şərh edib:
“Sanki başqa oyunda qələbə qazanmışıq, nəticə heç kimi məmnun etmirdi. Paralel keçən matçın nəticəsi bizə kömək etmədi.
Seçmə mərhələdəki nəticələrimiz daha yaxşı ola bilərdi. Uelslə ev oyunundakı nəticəyə görə çox təəssüflənirəm. Düşünmürəm ki, komandamız zəifdir.
Azərbaycanla matçda 1:0 hesabı ilə öndə olduqdan sonra da nəzarət bizdə idi. Rəqib müdafiəyə qapanmışdı və onu yarmaq asan deyildi. Daha sonra ikinci qolumuzu da vurduq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin