“Təklif gəlsə, “Barselona”ya getmək istərdim” – “Napoli”nin futbolçusu
“Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotka “Barselona”ya mümkün transferindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Slovakiya millisinin üzvü “Barselona”nı uşaqlıqdan izlədiyini bildirib:
“Barselona”? Mən bu klubu uşaqlıqdan, Deku və Ronaldinyo kimi oyunçuların hələ orada oynadığı vaxtdan izləyirəm. Təklif gəlsə, ora getmək istərdim”.
Slovakiyalı yarımmüdafiəçinin Neapol klubu ilə 2027-ci ilin yayına qədər olan müqaviləsi var. 29 yaşlı futbolçu “Napoli”nin əsas oyunçularından biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin