Karyerasını bitirdi, məşqçiliyə başladı
Slovakiya millisinin sabiq üzvü Yan Dyuriça karyerasını bitirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Lokomotiv” (Moskva), “Hannover”, “Trabzonspor” kimi klubların formasını geyinmiş 37 yaşlı müdafiəçi futbolçu karyerasını başa vurub. Dyuriça 91 dəfə də Slovakiya millisinin uğurları üçün çalışıb.
Dyuriça bundan sonra Slovakiyanın 2-ci liqa təmsilçisi “Petrsalka”da məşqçilik edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin