Slovakiya millisinin Bakıdakı oyun üçün heyəti açıqlandı SİYAHI

Slovakiya millisinin İordaniya ilə yoldaşlıq və Azərbaycan yığması ilə AÇ-2020-nin seçmə mərhələsinin oyunları üçün ilkin heyəti açıqlanıb.

Komanda.az Slovakiya Futbol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Pavel Hapal bu oyunlar üçün 29 futbolçuya dəvət göndərib. Təlim-məşq toplanışından sonra 6 futbolçu heyətdən kənarlaşıdırılacaq, 23 nəfərlik siyahı UEFA-ya təqim olunacaq:

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Matuş Kozaçik (“Viktoriya”, Çexiya), Marek Rodak (“Roterham”, İngiltərə), Dominik Qrayf (“Slovan”, Bratislava);

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Lukaş Ştetina (“Sparta”, Çexiya), Lyubomir Şatka (“Dunayska Streda”, Çexiya), Milan Skriniar (“İnter”, İtaliya), Denis Vavro (“Kodan”), David Hançko (“Fiorentina”, İtaliya), Branislav Ninyay (“Fortuna”, Hollandiya), Robert Mazan (“Selta”, İspaniya);

Yarımmüdafiəçilər: Patrik Qroşovski (“Viktoriya”, Çexiya), Stanislav Lobotka (“Selta”, İspaniya), Yan Qrequş (“Minnesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Taylan Lifan”, Çin), Laslo Beneş (“Holştayn”, Almaniya), Andrey Duda (“Herta”, Almaniya), Martin Xrien (“Santa Klara”, Meksika), Albert Ruşnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Yaroslav Mixalik (“Jilina”), Miroslav Stoç (“Slaviya”, Çexiya), Lukas Haraşlin (“Legiya”, Polşa);

Hücumçular: Samuel Mraz (“Krotone”, İtaliya), Pavol Şofranko (“Dandi Yunayted”, Şotlandiya), Robert Bojenik (“Jilina”).

Slovakiya millisi iyunun 11-də Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button