Slovakiya millisinin 4 futbolçusu Azərbaycanla oyunda olmayacaq

Slovakiya millisinin dörd futbolçusu bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü tur matçında meydana çıxmayacaq.

Komanda.az xəbər verir ki, bu futbolçular müdafiəçilər Denis Vavro, Adam Obert, Timoti Qranika və yarımmüdafiəçi Matuş Berodur.

Vavro cəzalı olduğu üçün oyunu buraxacaq. Digər üç oyunçu isə qonaqların baş məşqçisi Françesko Kalzonanın qərarı ilə “23-lüy”ə daxil edilməyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button