Slovakiya millisində yeni baş məşqçi

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərindən olan Slovakiya millisinin yeni baş məşqçisi açıqlanıb.

Komanda.az xəbər verir ki, komanda italiyalı Françesko Kaltsonaya tapşırılıb.

54 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2023-cü ilin sonunadək nəzərdə tutulub. Kaltsona yığmanı 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə apara bilsə, onun sözləşməsi avtomatik uzadılacaq.

İtaliyalı baş məşqçi bu postda Pavel Hapalı əvəzləyib.

Kaltsona İtaliyada müxtəlif klublarda köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Slovakiya C Liqasının 3-cü qrupunda 6 xalla üçüncü pillədə qərarlaşıb. Komanda sentyabrın 22-də Azərbaycanı, 3 gün sonra isə Qazaxıstanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button