Slovakiya millisi Bakıya bu heyətlə gələcək
Futbol üzrə UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının qonağı olacaq Slovakiya yığmasının heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Ştefan Tarkoviç 26 futbolçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
İyunun 10-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya matçı saat 20:00-da başlayacaq.
Qapıçılar: Marek Rodak (“Fulhem”, İngiltərə), Frantişek Plax (“Pyast”, Polşa), Dominik Takaç (“Spartak”, Trnava);
Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Martin Kosçelnik (“Slovan”, Çexiya), Yuray Çvatal (“Siqma”, Çexiya), Lübomir Şatka (“Lex”, Polşa), Martin Valyent (“Malyorka”, İspaniya), Milan Şkrinyar (“İnter”, İtaliya), Norbert Gyömber (“Salernitana”, İtaliya), David Hançko (“Sparta”, Çexiya), Vernon de Marko (“Slovan”);
Yarımmüdafiəçilər: Patrik Hroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Napoli”, İtaliya), Yuray Kuçka (“Uotford”, İngiltərə), Kristian Herç (“Qrasshopper”, İsveçrə), Matuş Bero (“Vitess”, Niderland), Andrey Duda (“Köln”, Almaniya), Albert Rusnak (“Sietl Sounders”, ABŞ), Tomaş Suslov (“Qroningen”, Niderland);
Hücumçular: İvan Ştrans (“Slaviya”, Çexiya), Vladimir Vayss (“Slovan”), Lukaş Haraslin (“Sassuolo”, İtaliya), Martin Reqali (“Rujomberok”), Ladislav Almasi (“Ostrava”, Çexiya), Robert Bojenik (“Düsseldorf”, Almaniya).
Bizi Facebook-da izləyin