Slovakiya millisi Bakıya 3 itki ilə gəlir

Slovakiya millisi UEAF Millətlər Liqasının C1 qrupunun 4-cü turunda Azərbaycanla Bakıda keçirəcəyi oyundan əvvəl üç itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Slovakiya millisinin çalışdırıcısı Françesko Kalzona İsveçlə matçda (2:2) zədələnən Adam Obert, eləcə də, növbəti dəfə cəzalanan Denis Vavronun xidmətindən istifadə edə bilməyəcək.

Matuş Bero isə dünənki məşqdə zədələnib.

Azərbaycan – Slovakiya oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button