Slovakiya millisinin sabiq üzvü vəfat etdi

Slovakiya milli komandasının sabiq futbolçusu Marian Çişovski vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə mərhum futbolçunun keçmiş klubu “Viktoriya”nın (Çexiya, Plzen) mətbuat xidməti məlumat yayıb. Keçmiş müdafiəçi 40 yaşında vəfat edib. O, bir müddət idi ki, ağır xəstə idi.

Çişovski karyerası ərzində “Jilina”, “Petrjalka” (Slovakiya), “Viktoriya” (Çexiya) və “Timişoara” (Rumıniya) klublarında çıxış edib. Sabiq müdafiəçi 15 dəfə də Slovakiya milli komandasının formasını geyinmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button