AÇ-2020: “Polşanı məğlub edəcəyimizə inanmırdılar”

Slovakiya milli komandasının kapitanı Marek Hamşik AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Polşanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Bizim Polşanı məğlub edəcəyimizə inanmırdılar. İnanılmaz hisslərdir, bunu sözlə ifadə etmək olmur. Daha da yaxşı nəticə əldə edə bilərdik. Bir ay idi futbol oynamırdım. Bu oyunda bunu hiss etdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button