“Slovakiya ilə görüşdə bunun düzgün fikir olmadığını göstərdik”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas seçmə mərhələsi çərçivəsində bu gün Slovakiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:0 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Komandamın bu gün nümayiş etdirdiyi oyundan razı qaldım. Bu qarşılaşma əvvəl keçirdiyimiz oyunlara bənzəmədi. Onlar istədiyimi meydanda reallaşdıra bildilər. Birinci hissədə yaratdığımız qol epizodlarını reallaşdıra bilmədik. Fasilədə oyunçulara dedim ki, sakit olun, qol vuracağıq. Rəqibin real qol epizodları az oldu. Əvvəlki oyunlara baxıb, komandamızın yaxşı çıxış etmədiyini deyirdilər. Slovakiya ilə görüşdə bunun düzgün fikir olmadığını göstərdik.

Qarşıda elit-raund mərhələsi var. Həmin oyunlara qədər zədəli futzalçılarımızın sağalıb, bizə qoşulacağına ümid edirik. Əlbəttə, arzulamadığımız rəqiblər də var. Digər tərəfdən bu gün futzalda zəif komanda yoxdu. Əvvəl iddialı komandaların 20 qol vurduğu yığmalar bu gün rəqiblərinə ciddi müqavimət göstərirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button