
Slovakiya – Azərbaycan matçının stadionu açıqlanıb
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir matçın yeri müəyyənləşib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli 2-ci turda Slovakiya yığması ilə səfər qarşılaşmasını sentyabrın 8-də Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında oynayacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Daha əvvəl oktyabrın 14-də təşkil olunacaq 4-cü turdakı Azərbaycan – Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin