Slovakiya Azərbaycanla oyundan əvvəl baş məşqçisini qovdu

Futbol üzrə Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bu gün Slovakiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin növbədənkənar iclası baş tutub. İclasda Tarkoviçin istefası məsələsi səsə qoyulub və bütün üzvlər onun postundan göndərilməsinə razı olub.

Xəbərdə bildirilir ki, istefaya komandanın ötən ilin payızından bəri keçirdiyi oyunlarda qeydə alınan uğursuz nəticələr səbəb olub. Yığmanın UEFA Millətlər Liqası çərçivəsində ötən gecə Qazaxıstana doğma meydanda 0:1 hesabıyla uduzması isə istefanı qaçılmaz edib.

Slovakiya yığmasını UEFA Millətlər Liqasında qarşıdakı Azərbaycan (10 iyun) və Qazaxıstanla (13 iyun) səfər oyunlarına Samuel Slovak – Marek Mintal duetinin hazırlayacağı diqqətə çatdırılıb.

Tarkoviç 2020-ci ildən Slovakiya yığmasını çalışdırırdı. Komanda onun rəhbərliyi altında AÇ-2020-də mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button