Slot: “Yaxşı vəziyyətdəyik, ancaq…”

“Liverpul”un baş məşqçisi Arne Slot mövsümün ilk hissəsinin nəticələri ilə bağlı sualı cavablandırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı mövsümün ikinci yarısında komandaların bir neçə səbəbə görə daha yaxşı olduqlarını bildirib:

“Bəli, əvvəllər demişdim ki, mövsümün ortasında turnir cədvəlini 10 oyundan sonra daha yaxşı qiymətləndirə bilərsiz. Ancaq eyni zamanda, başa düşmək lazımdır ki, mövsümün ikinci yarısında komandalar bir neçə səbəbə görə daha yaxşı olurlar. Bəzi klublar qış transfer pəncərəsində əlavə oyunçular cəlb etməyə, bəziləri isə sadəcə məşqçini daha yaxşı başa düşməyə başlayır. Beləliklə, biz təkmilləşməyə davam etməliyik, yaxşı vəziyyətdəyik, ancaq hələ çox uzun bir yol var”.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button