
Slot: “Ümid edirik ki, Salah yeni müqavilə imzalayacaq”
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salahın müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Salahın belə oynamağa davam edərsə, dəyərinin daha da artacağını bildirib:
“Salah belə oynamağa davam edərsə, dəyəri daha da artacaq. O, belə səviyyədə oynamasaydı, klub yeni müqaviləyə şübhə edə bilərdi. Ümid edirik ki, o, yeni müqavilə imzalayacaq”.
32 yaşlı misirli futbolçunun “qırmızılar”la hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq. O, bu mövsüm “Liverpul”un heyətində 38 oyun keçirib, 30 qol vurub, 21 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin