
“Liverpul”un müdafiəçisi sıradan çıxıb
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın müdafiəçisi Trent Aleksander-Arnoldun zədələndiyini açıqlayıb.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Aleksander-Arnoldun zədələnməsinə görə təəssüflənib:
“Təəssüf ki, o zədələndi. İndi bütün diqqətini sağalmasına yönəldib. Biz onun geri dönməsinə kömək etməyə çalışırıq”.
26 yaşlı Aleksander-Arnold bu mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib. “Liverpul” sabah İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Everton”u qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



