Slot Aleksander-Arnoldun yerini onunla dolduracaq

“Liverpul”un baş məşqçisi Arne Slot “Real”a transferi gözlənilən Trent Aleksander-Arnoldun yerini 21 yaşlı Konor Bredli ilə dolduracağını açıqlayıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Bredliyə çox güvəndiklərini bildirib:

“Biz Konora çox güvənirik. O, artıq son iki mövsümdə özünü yüksək səviyyəli müdafiəçi kimi göstərib və “Liverpul” üçün yaxşı seçimdir”.

Şimali irlandiyalı futbolçu cari mövsümdə klub səviyyəsində bütün turnirlərdə 26 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul”la müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button