Baş məşqçi Aleksander-Arnoldun meydana qayıdacağı vaxtı açıqladı

“Liverpul”un baş məşqçisi Arne Slot müdafiəçi Trent Aleksander-Arnoldun “Nyukasl”a qarşı Liqa kubokunun final oyununu buraxacağını təsdiqləyib və onun sağalması üçün təxmini vaxtı deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Aleksander-Arnoldun mövsümün sonunda qayıtmasını gözlədiklərini bildirib:

“Biz onun mövsümün sonunda qayıtmasını gözləyirik”.

Aleksander-Arnold UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab matçında topuq nahiyəsindən zədə alıb. O, bu mövsüm 39 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “qırmızılar”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Liqa kubokunun final matçı olan “Liverpul” – “Nyukasl” oyunu martın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button