
Slot: “Ciddi dəyişikliklər olmayacaq”
“Liverpul”un baş məşqçisi Arne Slot klubun növbəti mövsüm üçün planları barədə açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandanın oyun üslubunda ciddi dəyişikliklərin gözlənilmədiyini bildirib:
“Xeyr, radikal dəyişikliklər yəqin ki, olmayacaq. Bu qəribə olardı, çünki biz çempion olduq. Mövcud heyətlə də daha yaxşı oyun göstərə bilərik. Yeni futbolçular transfer etsək, onların keyfiyyətlərinə uyğun müəyyən adaptasiya lazım ola bilər. Amma yenə də, ciddi dəyişikliklər olmayacaq. Mən bu mövsüm göstərilən oyun üslubunu üstün tuturam və azarkeşlər də onu bəyənirlər”.
“Liverpul” 2024/25 mövsümünü İngiltərə Premyer Liqasının çempionu kimi başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



