Slot: “Alisson “Vest Hem”ə qarşı oynamayacaq”

“Liverpul”un baş məşqçisi Arne Slot bir müddət əvvəl yüngül zədə alan qapıçı Alisson Bekkerin durumu haqda danışıb.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis mətbuat konfransında braziliyalı qolkiperin “Vest Hem”lə növbəti Liqa kuboku matçında iştirak etməyəcəyini bildirib:

“Ümid edirəm ki, Alisson həftə sonu “Vulverhempton”a qarşı oynaya bilər, lakin onu ayağa qaldırmaq çətin olacaq. O, mütləq Liqa kubokunda “Vest Hem”ə qarşı oynamayacaq”.

32 yaşlı qolkiper “Liverpul”a 2018-ci ilin yayında “Roma”dan keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button