Slot Nunyesi niyə heyətə daxil etməyib?

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 32-ci turunda “Vest Hem”lə oyun üçün uruqvaylı hücumçu Darvin Nunyesi komandanın heyətindən niyə çıxardığını açıqlayıb.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis mətbuat konfransında Nunyeslə heç bir münaqişələrinin olmadığını söyləyib:

“Bizim heç bir münaqişəmiz yox idi. Nunyes oyundan əvvəl özünü yaxşı hiss etmirdi, ona görə də, o, heyətə daxil edilmədi”.

Qarşılaşma “Enfild”də baş tutub və mersisaydlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlinə inamla başçılıq edir.

Nunyes bu mövsüm 42 matçda iştirak edib, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button