![](https://komanda.az/wp-content/uploads/2024/10/arne-slot.jpg)
Slot həmyerlisinin “Liverpul”da qalacağına ümid edir
“Liverpul”un baş məşqçisi Arne Slot müdafiəçi və komandanın kapitanı Vircil van Daykın klubla müqaviləsini uzadacağına ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı həmyerlisi ilə uzun müddət işləyə biləcəyinə ümid etdiyini söyləyib:
“Mənim şərhim çox sadədir. Ümid edirəm ki, onunla uzun müddət işləyə bilərəm”.
33 yaşlı futbolçunun hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir.
Van Daykla yanaşı, Trent Aleksander-Arnold və Məhəmməd Salahın da müqavilələri cari mövsümün sonunda başa çatacaq. Hər üç futbolçu ilə sözləşmələrin uzadılmasına dair hələlik heç bir xəbər yoxdur.
Niderlandlı müdafiəçi bu mövsüm 32 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin